Azerbaijan State Academy of Physical Education and Sport

Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev ASAPES-də qonaq olub

Ölkəmizə rəsmi səfərə gələn Bolqarıstan Respublikasının gənclər və idman naziri Dimitar İliev işgüzar görüşləri çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) qonağı olub.

Akademiyanın rektoru Fuad Hacıyev qonağı ASAPES-in Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti və görülən işlər barədə məlumatlandırıb.

Konfrans zalında baş tutan rəsmi hissədə akademiyanın rektoru Fuad Hacıyev Bolqarıstan nümayəndə heyətinə ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib.

Daha sonra akademiyanın ümumi fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Görüş qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsilə davam edib.

Daha sonra Bolqarıstanın gənclər və idman nazirinin müavini Daniela Daşeva akademiyanın akt zalında professor-müəllim, inzibati heyət, tələbə və qonaqlar üçün “Olimpiya hazırlığının müasir sistemləri” mövzusunda mühazirəsini təqdim edib.

Sonda qonaqlara simvolik hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

#ASAPES #İdmanAkademiyası

News and Events