ASAPES tələbələri "Poliqon" hərbi-vətənpərvərlik düşərgəsində
Tələbə və könüllülərlə iş şöbəsinin dəstəyi ilə ASAPES tələbələri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 13-15 oktyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində təşkil olunan "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak edirlər.
Hərbi simulyativ formatda təşkil olunan düşərgədə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi təlimlər, hərbi-idman oyunları keçirilir.