Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də “idman.biz” portalının təqdimat mərasimi keçirilib

Sentyabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Trend Beynəlxalq İnformasiya Agentliyinin yeni layihəsi olan “idman.biz” portalının təqdimat mərasimi baş tutub.

Akademiyanın akt zalında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdulla, Trend Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynov, Olimpiya və Dünya çempionları, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Təqdimat zamanı sayt barəsində videoçarx nümayiş etdirilib, işçi heyəti qonaqlara təqdim olunub. Bildirilib ki, portalda bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. “İdman.biz” saytında çıxan xəbərlər paralel olaraq “Facebook”, “Instagram”, “Telegram” və digər sosial şəbəkə hesablarında paylaşılacaq. Saytın multimedia bölməsi də fəaliyyət göstərəcək.

Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş studiyada idman ekspertləri, tanınmış idmançılar, digər yerli və xarici qonaqların iştirakı ilə videomüsahibələr, debatlar və canlı yayımlar təşkil ediləcək.

#ASAPES #İdmanAkademiyası #İdmanJurnalistikası #SportJournalism #GİN #Sport #İdman

News and Events