Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES nümayəndələri Avropa İdman Menecmenti Assosiasiyasının konfransında iştirak edir

ADBTİA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə və İdman Menecmenti magistr proqramının meneceri Elmira Məmmədova 12-15 sentyabr tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Krallığının Belfast şəhərində keçirilən Avropa İdman Menecmenti Assosiasiyasının 31-ci beynəlxalq konfransında iştirak edir.

"İdman menecmentində innovativ yanaşma: inkluzivlik, əlçatanlıq və davamlılıq" mövzusuna həsr olunmuş konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən çox nümayəndə iştirak edir. Tədbir ali təhsil müəssisələrini və idman sektorunda fəaliyyət göstərən təşkilatları və şirkətləri təmsil etməklə unikal şəbəkələşmə imkanı təklif edir. Bundan istifadə edərək, əməkdaşlarımız WASM (World Association of Sport Management) prezidenti Dr Ruth M Crabtree və EASM (European Association of Sport Management) prezidenti Vassil Girginovla görüşərək Akademiyanın hər iki təşkilata üzvlük imkanlarını müzakirə ediblər.

Konfrans idman menecmenti sahəsində elmi tədqiqatların aparılması, idman təhsilində innovativ metodların, sahibkarlıq düşüncə tərzinin tətbiqi, idmanda inklüzivliyin, gender bərabərliyinin təmin olunması kimi aktual mövzulara həsr olunmuş mühazirələr, vorkşoplar və panel müzakirələr şəklində davam edir.

Qeyd edək ki, tədbirin əsas təşkilatçısı Avropa İdman Menecmenti Assosiasiyası (EASM) və Alster Universitetidir (Ulster University). Assosiasiyanın növbəti konfransı 2024-cü ildə Paris şəhərində keçiriləcək.

#ASAPES #İdmanAkademiyası #İdmanMenecmenti #SportManagement

News and Events