Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES -də Belqrad Universitetinin professoru Aleksandar Nedelykoviçin təlimlərinə start verilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Serbiyanın Belqrad Universitetinin doktorantura proqramının rəhbəri, professor Aleksandar Nedelykoviçin iştirakı ilə Akademiyanın professor-müəllim heyəti üçün “Biotibbi tədqiqat metodları” mövzusunda təlim başlayıb.

5 gün davam edəcək təlimin məqsədi mütəxəssislərdə kompleks yanaşmanı, nəzəriyyə və təcrübi tədqiqatlar, xüsusilə eksperimental araşdırma üsulları vasitəsilə müvafiq bacarıq və vərdişləri formalaşdırmaq, eyni zamanda mənimsənilən nəzəri bilikləri praktikaya tətbiq etmək, əldə edilən tədqiqat nəticələrini sistemləşdirmək və fikirlərin arqumentlərlə sübut edilməsi qabiliyyətini inkişaf etdirməkdir.

#ASAPES #İdmanAkademiyası

News and Events