Azerbaijan State Academy of Physical Education and Sport

TKTA nümayəndələri Azərbaycan İdman Akademiyasının əməkdaşlarına təlim keçib

Azərbaycan İdman Akademiyasında 24-28 iyun tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri tərəfindən təlim keçirilib. Akkreditasiya prosesinə hazırlıq məqsədilə təşkil olunan təlimdə Akademiyanın inzibati və professor-müəllim heyəti iştirak edib.

Akademiyanın təşəbbüsü ilə baş tutan təlim zamanı iştirakçılara ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları, əsas istiqamətlər, indikatorlar, tələb olunan sənədlər haqqında ətraflı məlumat verilib. Mütəxəssislər həmçinin özünütəhlil hesabatının məqsədini, əhəmiyyətini, hesabatın hazırlanmasında diqqət yetirilməli olan məsələləri geniş izah ediblər.

Qarşılıqlı müzakirə şəraitində keçən təlimdə iştirakçılar öz fikir və təkliflərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyası 2024-cü ildə akkreditasiya keçiriləcək ali təhsil müəssisələri sırasındadır.

News and Events