Azerbaijan State Academy of Physical Education and Sport

“Məşqçilik” ixtisasının tələbəsi böyük uğura imza atıb

Azərbaycan İdman Akademiyasının “Məşqçilik” ixtisasının 213A6 qrup tələbəsi Məhəmməd Musayev cüdo üzrə gənclər arasında Avropa çempionatında böyük uğura imza atıb. 

Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən yarışda Azərbaycan təmsilçisi Məhəmməd Musayev 66 kiloqram çəki dərəcəsində fransalı Aleksis Renarla qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl medalın sahibi olub. 

Qələbə münasibəti ilə tələbəmizi təbrik edir, ona gələcək idman karyerasında yeni uğurlar arzulayırıq!

 

News and Events