Azerbaijan State Academy of Physical Education and Sport

İdman tibbi və menecment fakültəsi tərəfindən maarifləndirici seminar keçirilib

Azərbaycan İdman Akademiyanın konfrans zalında İdman tibbi və menecment fakültəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi və COP29-la bağlı fiziki yüklərə adaptasiyanın biokimyəvi mexanizmləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. Tədbirdə Tibbi bioloji elmlər kafedrasının, eləcə də İdman tibbi və reabilitasiya kafedrasının professor-müəllim heyəti iştirak edib.

Seminarın açılışını Tibbi bioloji elmlər kafedrasının elmi məsləhətçisi, professor Rəfiqə Bağırova edib. Daha sonra kafedranın müəllimi, t.u.f.d. Oktay Abdullayev təqdimat əsasında məruzə ilə çıxış edərək sözü seminarın aktuallığı barədə məlumat vermək üçün kafedra müdiri, t.u.f.d. Nizami Cəfərova verib.

Seminar müddətində məruzəçilər iştirakçıların suallarını cavablandıraraq bu tip seminarların əməkdaşların maarifləndirilməsinə və inkişafına böyük töhfə verdiyini vurğulayıblar.

News and Events