Dilqəm Quliyev – 75
Dilqəm Quliyev,
Prezident təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor
Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Təhsilini Şahtaxtı kənd orta məktəbində almışdır (1958-1968). 1969-1970-ci illərdə Rusiyanın Lipetsk şəhə¬rində xidmət etmişdir. 1970-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş, 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoji fakültəsini fərqlənmə diplomu ilə, Azərbaycan Respublikasının Pre¬zidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu (2004) bitirmişdir.
Dövlət tərəfindən 12 may 2013-cü ildə Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri», 25 may 2018-ci ildə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018), 10 sentyabr 2022-ci ildə Şuşa şəhərində “Qarabağın idman tarixi” və 5 aprel 2023-cü il “Təhsildən səngərə - səngərdən əbədiyyətə” (Qarabağ müharibəsində İdman Akademiyasının şəhidləri), 1 may 2023-cü ildə ADBTİA Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mənim üçün Heydər Əliyev həmişə etalon olub” adlı video-təqdimat keçirilib. 3 may 2023-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitablarının təqdimat mərasimi keçirilmişdir. 26 fevral 2025-ci ildə Azərbaycan İdman Akademiyasında (AİA) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “Xocalı soyqırımına zəfər çələngi” mövzusunda çıxış etmişdir.
“Beşnövçülük” üzrə (1970) və “Sərbəst güləş” üzrə SSRİ idman ustası (1972), pedaqogika üzrə fəlsəfə doktoru (1994), dosent (1996), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), «Tərəqqi» medalına layiq görülmüş (2001), professor (2004), pedaqogika üzrə elmlər doktoru (2018), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), «Əməkdar bədən tərbiyəsi və idman xadimi» (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10 qat «ilin ən yaxşı tədqiqatçı jurnalisti», 2018-ci ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «İlin elm adamı” adına layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən “Milli Ordunun -100 illik” yubiley medalı ilə təltif olunmuşdur. Həmin ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin Fəxri üzvü seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 2498 nömrəli Sərəncamına əsasən fərdi təqaüdçüsüdür. 2022-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən “Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctımai Birliyiyinin 25 illik” yubiley medalı, 01 aprel 2023-cü il tarixfə isə “Böyük Zəfər” medalı ilə təltif olunmuşdur. Dilqəm Quliyevin 500-ə yaxın əsəri və 400-dən çox elmi-pedaqoji və publisistik qəzet məqalələri çap olunmuşdur.