Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycan İdman Akademiyasının nümayəndələri orta ümumi təhsil müəssisələrində silsilə görüşlər keçirib

Azərbaycan İdman Akademiyasının İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin təşkilatçılığı ilə Akademiyanın nümayəndələri məktəblərdə yuxarı sinif şagirdlərinin maarifləndirilməsi üçün görüşlər keçiriblər.

Görüşlər şagirdlərin gələcək karyeralarında uğurlu istiqamət seçimi, ixtisaslara qəbul qaydaları, həmçinin Azərbaycan İdman Akademiyasında yeni yaradılan ixtisaslar, təhsil imkanları haqqında məlumatlandırılması məqsədilə təşkil olunub. Maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin seçilmiş məktəblərində, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan 5 rayonun, Lənkəran-Astara Regional Təhsil İdarəsinə daxil olan 6 rayonun məktəblərində baş tutub.

Görüşlər zamanı şagirdlərə Azərbaycan İdman Akademiyasındakı mövcud ixtisaslar, qəbul qaydaları, tədris prosesi, professor-müəllim heyəti, təqaüd imkanları, xarici universitetlərlə mübadilə proqramları, ikili diplom təhsil proqramları, karyera fürsətləri, infrastruktur və tələbə həyatı haqqında ətraflı məlumat verilib. Akademiyanın təqdimatı şagirdlər tərəfindən çox böyük maraq və diqqətlə dinlənilib.

Görüşlərdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.

News and Events