Azərbaycan İdman Akademiyasında İntizam Komissiyasının 03 oktyabr 2024-cü il tarixli iclası keçirilib
Azərbaycan İdman Akademiyasının İntizam Komissiyası 03 oktyabr 2024-cü il tarixində keçirilən iclasda tələbələrin etik davranış qaydalarına riayət etməsi ilə bağlı məsələləri müzakirə edib.
Qərara əsasən, Kütləvi-tətbiqi idman fakültəsinin II tədris ili tələbəsi intizam qaydalarına əməl etmədiyinə görə töhmət elan olunub. Eyni zamanda, III tədris ili tələbələrinin kobud və qeyri-etik davranışları İntizam komissiyası tərəfindən nəzərdən keçirilib.
Akademiya rəhbərliyi tələbələrin nizam-intizama ciddi riayət etmələrinin vacibliyini vurğulayır və etik qaydalara əməl olunmasına nəzarətin davam edəcəyini bildirir.