Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycan İdman Akademiyasında “Gənclərin seçimi: Narkomaniyasız dünya” layihəsinin növbəti görüşü keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının “Gənclərin seçimi: Narkomaniyasız dünya” adlı layihəsinin ikinci görüşü Azərbaycan İdman Akademiyasında baş tutub.

Tədbirdə gənclər arasında narkomaniyaya qarşı mübarizənin önəmindən bəhs edilib və bu mübarizədə hər bir gəncin üzərinə düşən vəzifələr vurğulanıb. Daha sonra narkomaniyanın cəmiyyətə vurduğu dağıdıcı təsirlərdən danışılıb, eyni zamanda, belə problemlərin həllində maarifləndirmənin və ailə dəstəyinin əvəzsiz rol oynadığı vurğulanıb.

Görüş qarşılıqlı diskusiya formatında davam edib.

News and Events