Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycan İdman Akademiyasına yeni qəbul olan tələbələr üçün adaptasiya proqramına start verilib

Azərbaycan İdman Akademiyasında 2023-2030-cu illəri əhatə edən strateji inkişaf planına uyğun olaraq, “Tələbələrin rifahına və tədrisin keyfiyyətinə təsir edən əlavə xidmətlərin genişləndirilməsi” məqsədilə Akademiyaya yeni qəbul olan tələbələr üçün adaptasiya proqramına başlanılıb.

Proqram çərçivəsində Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə 2023/2024-cü tədris ilindən kadr hazırlığına başlanılan “Kütləvi-sağlamlaşdırıcı idman”, “Ümumi fiziki hazırlıq” və “Adaptiv bədən tərbiyəsi” ixtisaslarında təhsil alan birinci kurs tələbələri ilə qrup görüşləri keçirilib.

Görüşlərdə Tələbə və könüllülərlə iş şöbəsi, dekanlıqlar, kafedralar və digər əlaqəli struktur bölmələrinin nümayəndələri iştirak edərək, tələbələrə təqdim olunan xidmətlər, onların təhsil aldıqları ixtisaslar və gələcəkdə qazanacaqları ümumi və peşə kompetensiyaları haqqında məlumat veriblər. Eyni zamanda, tələbələrin təlim-tədris prosesində üzləşdikləri problemlər, şikayətlər və təkliflər də dinlənilib.

News and Events