Azərbaycan İdman Akademiyası kollektivinin İsmayıllıya istirahət səfəri
Azərbaycan İdman Akademiyasının kollektivi, Həmkarlar Komitəsinin dəstəyi ilə İsmayıllı rayonuna istirahət səfərinə çıxıb. Səfər zamanı əməkdaşlar nəqliyyat və iki dəfə yeməklə təmin olunublar. Gözəl təbiət qoynunda keçirilən istirahət həm kollektivin motivasiyasını, həm də komanda ruhunu gücləndirib.