Azerbaijan State Academy of Physical Education and Sport

AHİK-də ASA-nın qalib futzal komandasının heyəti ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Avropa çempionatının qalibi – Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası ilə görüş keçirilib. 

Görüşdə AHİK-in sədri Sahib Məmmədov futzal komandasını və onların məşqçilərini təbrik edib və qazandıqları qələbəni yüksək qiymətləndirib. 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov ASA komandası tərəfindən Xorvatiyada keçirilmiş Avropa çempionatında əldə edilən qələbəni tarixi uğur adlandırıb. 

Qeyd edək ki, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Akademiyanın rektorunun müşaviri Fərid Mansurov və ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva iştirak ediblər. Onlar ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısından danışıblar. 

News and Events