Azerbaijan Sports Academy

Aydan Hüseynova - “2022–2028-ci illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü

Azərbaycan İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə ali təhsil almış məzunu Aydan Hüseynova Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan University College London-nun (UCL) “Sports Medicine, Exercise and Health” (İdman təbabəti, fiziki məşq və sağlamlıq) magistr proqramına qəbul olunub. 

Məzunumuzun namizədliyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təsdiqlənib və o təqaüd almaq hüququ qazanıb. 

Aydan Hüseynovanı bu münasibət ilə təbrik edir, ona təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayırıq! 

 

 

News and Events