Azerbaijan State Academy of Physical Education and Sport

ASA-nın tələbə kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan İdman Akademiyasının tələbə kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.

 

Tələbələr xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla anıblar.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərib. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə gənclərin və idmanın hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır.

News and Events