Azerbaijan State Academy of Physical Education and Sport

ASA-nın rəhbər heyəti Avropa Futzal Çempionatının qalibləri ilə görüşüb

Azərbaycan İdman Akademiyasının (ASA) rəhbər heyəti 14-cü Universitetlərarası Avropa Futzal Çempionatının qalibi olan komandanın üzvləri ilə görüşüb.

Görüşdə ASA komandasının qazandığı tarixi qələbə yüksək qiymətləndirilib, bu uğurun Akademiyanın beynəlxalq arenada tanınmasına verdiyi töhfə xüsusi vurğulanıb. Qeyd edilib ki, əldə olunan nailiyyət həm ASA-nın idman təhsilindəki üstünlüklərinin, həm də məşqçi-müəllim və tələbələrin peşəkarlığının göstəricisidir.

Çempion komandanın üzvləri və onların məşqçiləri göstərilən dəstəyə görə təşəkkür ediblər.

News and Events