Azerbaijan State Academy of Physical Education and Sport

Akademiyada “Quacquarelli Symonds” (QS) reytinqi ilə bağlı görüş keçirilib

Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva və digər məsul şəxslərin “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq şirkətinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Kristolyubov, MGİMO-nun Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Mirzoyeva Anjelika Malikovna, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) əməkdaşları ilə görüşü baş tutub.

Görüş zamanı şirkət rəsmisi Sergey Kristolyubov bildirib ki, universitetlərin reytinq cədvəli müxtəlif meyarlar üzrə – ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı, pedaqoji heyətin səriştəsi, onların əsərlərinə istinad tezliyi, məzunların işlə təminatı, h-indeks üzrə elmə verilən töhfələrin qiymətləndirilməsi və digər parametrlərə görə hazırlanır.

Görüşdə akademiyanın sözügedən reytinqə qoşulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

News and Events