Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES komandası həndbol üzrə Azərbaycan çempionatının qalibidir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kişilər və qadınlar arsında XXIX Azərbaycan çempionatına yekun vurulub.

7 komandanın iştirak etdiyi kişilərin mübarizəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 60 xalla bütün rəqiblərini qabaqlamaqla Azərbaycan çempionatının qızıl medalına layiq görülüb. “Dinamo” 52 xalla 2-ci, “Məhsul” 50 xalla 3-cü yeri tutub.

5 kollektivin mübarizə apardığı qadınların yarışında isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” bürünc medala layiq görülüb.

Həndbolçularımızı təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #Həndbol

News and Events