Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də təntənəli “Məzun günü” keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ənənəvi “Məzun günü” keçirilib. Açılış nitqi ilə çıxış edən rektor Fuad Hacıyev Akademiyanın uğurlu təhsil siyasətindən, tələbələrimizin ölkədaxili və beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil etməsindən danışıb. O bildirib ki, tələbələrimiz təkcə təhsil sahəsində və idman yarışlarında deyil, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında misilsiz qələbə qazandığımız 44 günlük Vətən müharibəsində də böyük şücaət göstəriblər: “Böyük qürür və eyni zamanda kədər hissi ilə bildirirəm ki, 16 məzunumuz torpaqlarımızın işğaldan azad edilməsi zamanı qəhrəmancasına şəhid olub və onların adları tarixə əbədi həkk olunub”.

Tədbir zamanı müxtəlif oyunlarda qüvvələrini sınayan tələbələrə hədiyyələr təqdim edilib. Əyləncəli proqramla davam etdirilən “Məzun günü” ənənəvi “papaqatma” mərasimi ilə yekunlaşıb.

#ASAPES #İdmanAkademiyası #Məzungünü

News and Events