ASAPES-in magistr proqramının rəhbəri F1 komandasının həkimidir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor (Michael Paul Loosemore) “Formula 1” Bakı Qran Prisində iştirakçı komandalardan birinin həkimi kimi iştirak edir.
İş prosesi çərçivəsində professor Luzmor trek tibb mərkəzində yaradılmış şəraitlə də tanış olub. Qeyd edək ki, trek üzrə tibb mərkəzinin meneceri elmi rəhbəri professor Mayk Pol Luzmor olan Akademiyanın doktorantı doktor Zərifə Kamilovadır.