Azerbaijan Sports Academy

İrəvanda medal qazanan türkiyəli idmançılar Bakıya gəlib

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanaraq bunu Azərbaycana həsr edən türkiyəli atletlər Cansu Bektaş, Nuray Güngör, Qamze Altun və Yusuf Fehmi Genc və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.

İdmançılarla birlikdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycan paytaxtına səfər edib.

Qardaş ölkənin nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayanlar arasında ASAPES-in rəhbərliyi, professor-müəllim və tələbə heyəti də olub.

News and Events