ASAPES-də Ulu Öndər Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib
ADBTİA Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mənim üçün Heydər Əliyev həmişə etalon olub” adlı video-təqdimat keçirilib.
Mərkəzin direktoru Bəxtiyar Rüstəmov, Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, Akademiyanın professor-müəllim heyəti, “Məşqçilik 1” və “Məşqçilik 2” dekanlıqlarının tələbələrinin iştirak etdiyi tədbirdə Dilqəm Quliyev Ümümmilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idmanda da baş verən müsbət dəyişikliklərdən söz açaraq Ulu Öndərlə bağlı xatirələrini və fotolarını tədbir iştirakçıları ilə bölüşüb.
 
                     
                     
                     
                     
                     
                     
                                         
                                         
                                        