ASAPES-də elektron jurnala keçid məqsədilə təlimlərə start verilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elektron jurnala keçidlə əlaqədar SABAH Mərkəzi, “Sosial elmlər” və “İdman menecmenti və kommunikasiya” kafedralarının müəllimlərinə təlim keçirilib. Təlim prosesi “İnformasiya texnologiyaları və tədrisdə innovasiyalar” departamentinin direktoru Şaiq Məmmədli tərəfindən aparılır.
Təlimin məqsədi tələbələrin davamiyyətinin qeydə alınması, onların biliklərinin qiymətləndirilməsi, kollokvium və sərbəst iş qiymətlərinin sistemdə düzgün əks olunmasına kömək etməkdir. Qeyd edək ki, təlim prosesi bütün kafedraların müəllimləri üçün təşkil olunacaq.