Tələbələrimiz AVF-də olublar
SABAH qrupu "İdman menecmenti və kommunikasiya" ixtisası üzrə “İdmanda maliyyə menecmenti” fənnini tədris edən Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilovun dəvəti ilə ASAPES-in S140A1 qrupunun tələbələri Voleybol Federasiyasını ziyarət ediblər.
Tələbələr federasiyanın iş strukturu və yarışların təşkili ilə bağlı məlumatlar əldə edib, idman qurumunun ofisi və infrastrukturu ilə tanış olublar.
Əldə edilən razılığa əsasən, ASAPES SABAH tələbələrinin Azərbaycan Voleybol Federasiyasında könüllü və təcrübəçi kimi fəaliyyət göstərməsi planlaşdırılır.
#ASAPES #İdmanAkademiyası #Tələbə #Student #Könüllü #Volunteer #voleybol