ASAPES-də təhsil keyfiyyətinə həsr olunmuş təlim keçirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində noyabrın 16-da Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən Akademiyada “Təhsil müəssisələrinin akkreditasiya qaydaları mövzusunda təlim təşkil edilib.
Tədbir zamanı Akademiyanın akademik və inzibati heyətinə akkreditasiya, xarici keyfiyyət təminatı sistemi, eləcə də özünütəhlilin aparılması qaydalarına dair məlumat verilib.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər Agentliyin Nizamnaməsinə əsasən əsas fəaliyyət istiqamətlərindən biri hesab olunur.