Tələbələrimiz Türkiyədə təlimdə olublar
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman tibbi və menecment” fakültəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının S130A1 qrupunun tələbəsi Fatimə Abdullazadə, 139A1 qrupunun tələbəsi Şahnaz Həsənli, 139A1 qrupunun tələbəsi Qəlbinur Həsənov və Elmi-tədris laboratoriyasının meneceri Nəcibə Hüseynova Avstriyanın “ComplexCore" təşkilatının təşkil etdiyi üç səviyyəli təlim proqramı çərçivəsində təcrübə toplamaq üçün noyabrın 9-dan 15-dək Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetinə ezam olunublar.
Məlumat üçün bildiririk ki, “ComplexCore” təşkilatının üç səviyyəli təlimi Mərmərə Universitetində fizioterapistlərin, milli yığma məşqçilərinin, tələbələrin, fitnes məşqçilərinin və daha 80 nəfərin iştirakı ilə keçirilib.