Azerbaijan State Academy of Physical Education and Sport

Tələbələrimiz Heydər Əliyev Mərkəzində olublar

Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə ASAPES-in bir qrup aktiv tələbəsi Heydər Əliyev Mərkəzində olub. Ekskursiya çərçivəsində tələbələr “Azərbaycan xalçası-ilmələrin rəqsi”, "Azərbaycan inciləri: tarixin axarında" sərgiləri ilə tanış olublar.

Bundan başqa, Heydər Əliyev Muzeyində Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən məlumatlar, foto, video materiallar və unikal eksponatlar da tələbələrə nümayiş etdirilib.

Ekskursiyanın təşkilində əsas məqsəd Akademiya tələbələrinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə, şanlı tariximizə sədaqət ruhunda yetişdirilməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına dəstək verməkdir.

#ASAPES #İdmanAkademiyası #StudenLife #Student #Tələbə #Sport #İdman #Muzey

News and Events