Azerbaijan State Academy of Physical Education and Sport

Tələbələrimiz “Biologiyanın əsasları” fənnində iştirak ediblər

ASAPES SABAH “Məşqçilik” ixtisasının tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunda “Biologiyanın əsasları” fənninin laboratoriya dərsində iştirak ediblər. Dərsi İnstitutun böyük elmi işçisi, b.ü.f.d., Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Elyanə Tahirova aparıb.

Tələbələr Elmi-Tədqiqat Zoologiya İnstitutunun Zooloji muzeyinin ekspozisiya fondunda yer alan, Azərbaycanın və dünyanın heyvanlar aləmini özündə əks etdirən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1703 ədəd eksponatla tanış olublar.

#ASAPES #İdmanAkademiyası #ASAPES-SABAH

News and Events