Azerbaijan State Academy of Physical Education and Sport

Bu gün Azərbaycan Gimnastika Federasiyası inkişafının 20 illiyini qeyd edir

2002-ci il oktyabrın 7-də ölkəmizin Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub. Mehriban xanımın rəhbərliyi altında məqsədyönlü fəaliyyət nəticəsində federasiya böyük nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Gimnastika Federasiyası beynəlxalq aləmdə nümunəvi idman təşkilatlarından biridir.

Federasiyanın yenidən qurulmasının və inkişafının 20 illiyi münasibətilə bütün gimnastika ailəsini təbrik edirik!

#ASAPES #İdmanAkademiyası #Gimnastika

News and Events