Azerbaijan State Academy of Physical Education and Sport

Tələbələrimiz Beynəlxalq Kitab Sərgisində olublar

ASAPES SABAH qruplarının tələbələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 6-da Bakı Ekspo Mərkəzində başlayan 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak ediblər.

Tələbələrimiz sərginin B074 nömrəli stendində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəşrləri ilə, həmçinin digər yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evləri ilə tanış olublar.

Sərgi-yarmarkada çap məhsulları ilə tanışlıq zamanı tələbələrimiz müxtəlif müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri ilə müzakirələr aparıblar.

#ASAPES #İdmanAkademiyası #ASAPES-SABAH #Sport #İdman #Təhsil #Education #Kitab #Book

News and Events