Proqram direktoru “ComplexCore” təlimlərini davam etdirir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) "Bədən tərbiyəsi və idmanda reabilitasiya" bakalavr proqramının direktoru və “ComplexCore” təşkilarının icraçı direktoru Roman Yahoda ASAPES-də qeyd olunan ixtisas üzrə təhsil alan IV kurs tələbələri üçün təhsil proqramına uyğun olaraq müxtəlif seminarlar həyata keçirir.
ASAPES-in akt zalında təşkil olunan növbəti tədbir “Onurğa reabilitasiyası - müdaxilə” mövzusuna həsr edilib. Seminar nəzəri və praktiki hissədən ibarət olub.