Şahin Atamov “ASAPES qonağı”nda
Sabah (17 avqust) saat 14:00-da "ASAPES qonağı" layihəsinin növbəti canlı yayımı reallaşacaq. Bu dəfəki qonağımız karate üzrə dünya çempionu, Avropa çempionatı və İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Şahin Atamov olacaq. O, verilişdə idmana gəlişindən, əldə etdiyi nəticə və uğurlardan danışacaq, həmçinin aparıcı Rüfət Nadirlinin suallarını cavablandıracaq.
Siz də tanınmış idmançımıza sual ünvanlayaraq qalib ola bilərsiniz. Veriliş zamanı qonağımız tərəfindən "Ən yaxşı sual" seçimi ediləcək və həmin şəxsə hədiyyə təqdim olunacaq.