Azerbaijan State Academy of Physical Education and Sport

Karyera Mərkəzi “Telegram”da

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Karyera Mərkəzinin “Telegram” kanalı faəliyyətə başlayıb. “ASAPES Career Center” adlanan kanalda mərkəzin fəaliyyəti, iş elanları, təcrübə proqramları, təşkil olunan təlimlər, əmək bazarındakı yeniliklər və digər vacib xəbərlər paylaşılacaq.

Bütün bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək. "Telegram" tətbiqini smart cihazlara yükləməklə https://t.me/ASAPEScareercenter kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, mərkəzin “Telegram” kanalı ilə yanaşı, “Facebook” və “İnstagram” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.

#ASAPES #İdmanAkademiyası #KaryeraMərkəzi

News and Events