"ASAPES qonağı" layihəsi başlayır!
İlk verilişimizin qonağı yunan-roma güləşi üzrə Olimpiya Oyunlarının bürünc medalçısı, dünya çempionu, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi, Avropa və dünya çempionatlarının mükafatçısı Rəsul Çunayev olacaq.
Veriliş sabah (10 avqust) saat 15:00-da ASAPES-in rəsmi sosial media hesablarında (Instagram və Facebook), eləcə də Youtube kanalımızda canlı yayımlanacaq.
Qonağımıza suallarınızı canlı yayım zamanı birbaşa ünvanlaya bilərsiniz. Ən yaxşı sual Rəsul Çunayev tərəfindən seçiləcək və qalibə hədiyyə təqdim olunacaq.