Azerbaijan State Academy of Physical Education and Sport

Magistrantlarımız Uimbldonda olublar

ASAPES-in “İdman Menecmenti” magistr proqramının tələbələrinin Böyük Britaniyaya 2 həftəlik tədris-təcrübə proqramı çərçivəsində səfəri davam edir. Magistrantlarımız bu dəfə Uimbldon şəhərində olublar və buradakı tennis kortları, həmçinin mövcud idman infrastrukturu ilə tanış olmaq imkanı qazanıblar.

Qeyd edək ki, planetin ən nüfuzlu “Böyük Dəbilqə” seriyalı 4 tennis yarışından biri olan Uimbldon tennis turniri məhz bu şəhərdə keçirilir.

#ASAPES #İdmanAkademiyası #Master #GBR #SportManagement

News and Events