Cüdoçular müxtəlif testərdən keçdilər
Mayın 12-13-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədris Laboratoriyasında Azərbaycan Cüdo Federasiyasının idmançıları aşağıda qeyd olunan testlərdən keçiriliblər:
1. Əzələ fəaliyyətinin qiymətləndirilməsi;
2.Bədənin xüsusi tərkibinin ölçülməsi;
3. Sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi;
4. Fiziki gərginlik zamanı ürək-ağciyər sisteminin müayinəsi
5. 3D antropometriya;
6. Psixoloji test.
Qeyd edək ki, proqram hər idmançı üçün fərdi olaraq, Böyük Britaniyanın klinik protokollarından (Institute of Sport and Exercise Health, University College London) və ComplexCore+ fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib edilib.
Testlərdən uğurla keçən idmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulayırıq!