Azerbaijan State Academy of Physical Education and Sport

11 sentyabr 2024-cü il tarixində Daxili Keyfiyyət Komissiyasının iclası keçirilmişdir

11 sentyabr 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasının Daxili Keyfiyyət Komissiyasının iclası keçirilmişdir.

İclasda keyfiyyət təminatı qaydalarının təkmilləşdirilməsi, təhsilalanların və akademik heyətin rəy və təkliflərinin analizi, tədris prosesinin monitorinqi və infrastruktur ehtiyaclarının qiymətləndirilməsi kimi məsələlər müzakirə olunmuşdur.

Komissiya keyfiyyət təminatı üzrə prosedurların və təlimatların hazırlanması, müəllimlərin akademik CV-lərinin yenilənməsi, elmi tədqiqatların stimullaşdırılması və tələbə təşkilatlarının fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində qərarlar qəbul etmişdir. İnfrastruktur ehtiyaclarının müəyyən edilməsi üçün kafedralara sorğuların keçirilməsini planlaşdırılmışdır.

News and Events