Azerbaijan State Academy of Physical Education and Sport

"İdman menecmenti" ixtisaslaşmasının tələbələri Mançester şəhərindədir

Təlim-tədris məqsədilə Böyük Britaniyada olan “İdman menecmenti” ixtisasının magistrantları Mançester şəhərində Milli Futbol Muzeyini ziyarət ediblər. Muzeydə tarixi idman hadisələri və şəxsiyyətlərinə həsr olunan məlumatlarla tanış olan tələbələrimiz futbol liqalarının kuboklarına və oyunlar zamanı istifadə olunmuş tarixi eksponatlara baxıblar. Dünya futbol hakimliyi tarixində özünəməxsus iz qoymuş görkəmli azərbaycanlı referi Tofiq Bəhramov haqqında videoçarx magistrantlarımız tərəfindən böyük maraqla qarşılanıb.

Mançester şəhərinə səfər çərçivəsində tələbələrimiz “Old Trafford” stadionunu da ziyarət ediblər. “Mançester Yunayted” Futbol Klubunun ev oyunlarını keçirdiyi və Avropanın ən böyük arenalarından biri hesab olunan bu idman qurğusunda magistrantlarımıza stadionun tarixi, yenidən qurulması, orada keçirilən oyunlar haqqında ətraflı məlumat verilib və onlar stadionun daxili bölmələrini gəzərək muzeylə tanış olublar.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement

News and Events