Azerbaijan State Academy of Physical Education and Sport

“İdman masajında qraston texnikasının tədbiq edilməsi” mövzusunda praktik dərs keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının SABAH qrupları ll kurs tələbələri üçün “İdman masajında qraston texnikasının tədbiq edilməsi” mövzusunda praktik dərs keçirilib.

“Müalicə və idman masajı-1“ fənni çərçivəsində təşkil edilən dərsdə fənn müəllimi Aytəkin Bakıxanova ilə yanaşı, qonaq-mühazirəçi qismində laboratoriyanın fizioterapevt-reabilitoloqu, “İdman tibbi və reabilitasiya” kafedrasının müəllimi həkim Tural İsmayılov da iştirak edib.

Dərs zamanı tələbələr idman masajında geniş istifadə edilən qraston texnikası ilə tanış olublar.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH

News and Events