Azerbaijan State Academy of Physical Education and Sport

Böyük Britaniyada səfərdə olan magistrantlarımız Lafbora Universitetini ziyarət ediblər

ASAPES-in tədrisi ingilis dilində aparılan "İdman menecmenti" ixtisaslaşmasının tələbələri tədris-təcrübə məqsədilə Böyük Britaniyaya səfər çərçivəsində Lafbora (Loughborough) Universitetində olublar.

Tələbələri qarşılayan İdman Texnologiya İnstitutunun direktoru professor Stef Forrester burada aparılan araşdırmalar, tədqiqatlar və əməkdaşlıq edilən beynəlxalq idman təşkilatları haqqında ətraflı danışıb. Tədqiqat proseslərinin gedişi ilə tanış olan tələbələr idman sənayesində müasir texnologiyaların tətbiqini əyani şəkildə izləyiblər.

Daha sonra Biznesin inkişafı və tədbirlər şöbəsinin rəhbəri Ben Aherne tələbələrə 1909-cu ildə əsası qoyulmuş Lafbora Universiteti haqqında geniş məlumat verərək, universitetin əlaqələri və tələbə yataqxanası barədə danışıb. Bundan başqa, təhsil ocağının trenajor və boks zalları, idman otaqları da magistrantlarımıza nümayiş etdirilib.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement

News and Events