Azerbaijan State Academy of Physical Education and Sport

Magistrantlar Koventri Universitetində tədris prosesinə başlayıblar

ASAPES-in tədrisi ingilis dilində aparılan "İdman menecmenti" ixtisaslaşmasının tələbələri Böyük Britaniyaya səfər çərçivəsində Koventri Universitetində olublar. Ziyarət zamanı universitetin İdman və tədbir menecmenti üzrə kurikulum rəhbəri, Əməkdaşlığın inkişafı üzrə rəhbər və dosenti Benua Seno tələbələrimizə Koventri Universiteti haqqında ətraflı məlumat verib.

Ali təhsil ocağı ilə tanışlıq çərçivəsində magistrantlarımız müxtəlif auditoriyalar, kitabxana, yeməkxana və digər bölmələrdə olublar. Daha sonra Koventri Universitetinin idman korpusuna baş çəkən təmsilçilərimiz trenajor və idman zallarına baxaraq idman dərslərini izləyiblər.

Koventri Universitetinə səfər çərçivəsində tələbələrimiz “Biznes və hüquq” fakültəsinin Marketinq və idarəetmə məktəbinin idman və tədbirlərin idarə edilməsi üzrə dosenti Tomas Basonun təqdimatında “İrimiqyaslı tədbirlərin mirası” mövzusunda geniş mühazirəni də dinləyiblər. Mühazirə zamanı idman yarışlarına ev sahibliyi edilərkən iqtisadi, sosial-mədəni və ekoloji təsirlər haqqında ətraflı danışılıb və tələbələri maraqlandıran suallar müzakirə olunub.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement

News and Events