Azerbaijan State Academy of Physical Education and Sport

“İdman könüllülüyü və imkanlar” mövzusunda təlim keçirilib

Martın 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera mərkəzinin təşkilatçılığı ilə könüllülər üzrə ekspert Tural Hümbətovn təqdimatında “İdman könüllülüyü və imkanlar” mövzusunda təlim keçirilib.

Tural Hümbətov könüllü olmağın üstün cəhətləri, karyera inkişafında könüllülüyün rolu, onun fərdi inkişafa qatdığı müsbət keyfiyyətlər və yarada biləcəyi imkanlar barədə danışıb. Bundan başqa, ekspert, hər bir şəxsin seçdiyi yolda istədiyi nəticəyə çata bilmə vasitələri və bu istiqamətdə özünə verməli olduğu suallardan da danışaraq şəxsi təcrübəsini bölüşüb.

Mövzu ilə bağlı müzakirələrdən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası #KaryeraMərkəzi #könüllülər

News and Events