Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES rəsmiləri BSU tələbələri ilə görüşüb

Dekabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sabina Abuzər Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüş keçirib. Görüşdə BSU-nun rektoru Anar Nağıyev, rektorun müşaviri Elçin Hüseynov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Mətbuat və informasiya mərkəzinin müdiri Zeynəb Kazımova, həmçinin jurnalistika ixtisasının müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd BSU-da jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə ASAPES-in “İdman jurnalistikası” magistr proqramına cəlb edilməsidir. Rektor müşaviri Elçin Hüseynovun açılış nitqindən sonra tədbir iştirakçılarına ASAPES haqqında tanıtım videosu təqdim olunub.

ASAPES-in magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva “İdman jurnalistikası” magistr proqramı ilə bağlı təqdimat nümayiş etdirərək tədbir iştirakçılarına ətraflı məlumat verib. Öz növbəsində rektor Anar Nağıyev tələbələrə bu ixtisasın perspektivləri haqqında danışaraq ASAPES-in magistr proqramına qoşulmaqla hansı imkanları əldə edəcəkləri barədə məlumat verib.

Təqdimat bitdikdən sonra ASAPES-in nümayəndələri tələbə və müəllim heyətin suallarını cavablandırıblar.

@bsu.eduaz #ASAPES #İdmanAkademiyası #BSU #jurnalistika #idmanjurnalistikası

News and Events