Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES SABAH tələbələri “Sumqayıt” FK-da təcrübə keçiblər

ASAPES SABAH tələbələrinə “İdman və informasiya hüququ” fənnini tədris edən Elcan Həsənlinin rəhbərliyi ilə Akademiyamızın bir qrup tələbəsi “Sumqayıt” Futbol Klubunda olub. Ziyarət zamanı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov tələbələrin hər birinə onların adları yazılmış vəsiqələri təqdim edib.

Azərbaycan Premyer Liqasının 13-cü turunun həmin gün baş tutan “Sumqayıt” – “Neftçi” oyunundan əvvəl qarşılaşmaya hazırlıq prosesi ilə tanış olan tələbələrimiz AFFA nümayəndəsi tərəfindən keçirilən oyunöncəsi iclasda da iştirak ediblər. Matç başa çatdıqdan sonra isə təmsilçilərimiz oyunsonrası mətbuat konfransına qatılıblar.

#ASAPES #İdmanAkademiyası #SABAH #Student #Tələbə #Futbol #Sport #İdman

News and Events