Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES tələbələri Hərbi Qənimətlər Parkında olublar

Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiyanın 1-ci kurs tələbələri və yuxarı kursların aktiv tələbələri 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun döyüş meydanında məğlubiyyətə uğratdığı düşməndən qənimət kimi götürdüyü texnikaların nümayiş etdirildiyi “Hərbi Qənimətlər Parkı”nda ekskursiyada olublar.

Ekskursiya zamanı tələbələrə Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlar, düşmənin canlı qüvvə və texnika itkiləri barədə məlumat verilib.

Bu cür tədbirlərin təşkilində əsas məqsəd tələbələrin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyi hərbi qənimətlərlə tanış edilməsi, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi və azərbaycançılıq prinsiplərinin aşılanmasıdır.

#ASAPES #İdmanAkademiyası #Student #Tələbə #StudentLife #TələbəHəyatı

News and Events