Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də əcnəbi müəllimlərin tədrisə cəlb olunması davam etdirilir

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası Sosial Elmlər İnstitutunun “İdarəetmə psixologiyası” kafedrasının baş müəllimi Yevgeniya Topoleva 2022/2023-cü tədris ili çərçivəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramına uyğun olaraq kadr hazırlığına başlayıb.

Rusiyalı mütəxəssis noyabrın 14-dən 19-dək tələbələrə tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisası üzrə “Heyətin idarə edilməsi və liderlik” fənnini tədris edib.

#ASAPES #İdmanmenecmenti #спортменеджмент #МГИМО

News and Events