Azerbaijan State Academy of Physical Education and Sport

Tələbələrimiz bilik yarışında iştirak ediblər

ASAPES SABAH tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışında iştirak ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri mübarizə aparıb. Akademiyamızın 8 tələbədən ibarət komandası bilik yarışında 15-ci nəticə göstərib.

Ənənə halını alan bu layihə Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyatının çoxşaxəli fəaliyyətinin öyrənilməsinə və gənclər arasında təbliğinə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzular üzrə biliklərini yoxlayıblar.

Komandalar bilik yarışına hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib və Heydər Əliyev Muzeyindəki arxiv materiallar əsasında mövzular üzrə araşdırma aparıblar.

News and Events