Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-in sərrast atıcıları müəyyənləşib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Kütləvi və Tətbiqi İdman növləri” kafedrasının “Atıcılıq idmanı” bölməsi ilə ADBTİA-nın Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi, 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Sərrast atıcı” turnirinə yekun vurulub.

Turnirdə ali təhsil ocağının müxtəlif şöbə və bölmələrinin professor-müəllim kollektivi, intibati heyət üzvləri və tələbələr iştirak ediblər. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda ilk 3 yeri tutan iştirakçılar diplom və hədiyyələrlə təltif olunub.

#ASAPES #İdmanAkademiyası #Atıcılıq

News and Events